!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AŞPA Rusiyanı diktatura kimi tanıdı

!Reklam – Yazi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı diktatura kimi tanıyıb və bütün Avropa Şurası dövlətlərini Rusiya prezidenti Vladimir Putinin hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra onun legitimliyini tanımamağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Teleqram kanalında güclü səsverməyə görə AŞPA-ya təşəkkürünü bildirən idarənin rəhbəri Dmitri Kulebaya istinadən məlumat verilib.

“Mən AŞPA-nın Rusiyanı diktatura kimi tanıyan bugünkü qətnaməsini alqışlayıram. 20 ildən çox konstitusiyaya zidd olaraq tək adamın idarəçiliyi ölkədə və xaricdə cinayətlərə səbəb olub. Avropa Şurasında 46 ölkənin hazırkı müddətinin sonunda Putini qeyri-legitim tanıması çağırışını alqışlayıram”, – Kuleba deyib.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Rusiya Konstitusiyasına dəyişikliklərin legitimliyi ilə bağlı narahatlığını bildirib. Bu, ölkənin başçısı Vladimir Putinə 2036-cı ilə qədər hakimiyyətdə qalmağa və Rusiya Federasiyasının diktatura kimi tanınmasına imkan verib.

Komitə yekdilliklə qətnamə layihəsini bəyənib və Avropa Şurasının Venesiya Komissiyasının “hazırkı prezidentin səlahiyyət müddətinin məhdudlaşdırılmasından imtina etməsi həm Rusiya Konstitusiyasını, həm də beynəlxalq hüquq prinsiplərini pozur” qənaətini xatırladıb.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyası “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlı qətnamə qəbul edərək, Rusiya rejimini terrorçu kimi tanıyıb və Ukraynaya qarşı təcavüzün 2014-cü ildə başladığını tanıyıb./qaynarinfo

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv