Ata 3 yaşlı qızını öldürmək üçün görün nə etdi – ŞOK VİDEO

VIDEO1474719098Meksikanın Miçiokan ştatında 3 yaşlı qızını öldürən Xose David 100 il müddətinə azadlıqdan məhrmu olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ögey ata qızlığını öldürmək üçün onu dəfələrlə su hovuzuna atıb.

Bir neçə dəfə hərəkətini təkrarlayan Xose David, sonda üzə bilməyən qızın suda boğulmasına nail olub.

İstintaqın materiallarına görə cinayət faktı 2015-ci il avqustun 12-də Miçiokan ştatının Moreliya şəhərindəki mehmanxanada baş verib.

Kamera görüntülərindən də aydın olub ki, hər dəfə qızını su hovuzunun ortasına axaraq çətinliklə sudan çıxmasını izləyib.

Hadisə vaxtı qızını anasının öz nömrəsində yatdığı və baş verənlərdən xəbərsiz olduğu bildirilir. O oyandıqdan sonra qızını televizorun qarşısında uzanmış vəziyyətdə tapıb və dərhal həkimə müraciət edib. Lakin onun həyatını xilas etmək olmayıb.

Müdafiə tərəfi qızın su hovuzunda ölmədiyini diqqətə çatdırsa da, istintaq qızın hovuzda boğulması ilə ölümü arasında səbəb-nəticə əlaqəsinin olduğunu sübut edib.