ATİB Bakıda iftar süfrəsi açdı - Fotolar

media-hightechnic-468x90

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Bakıdakı “Ramada” otelində iftar məclisi təşkil edib.

Yenicag.Az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Şimali Kipr Türk Respublikasının (ŞKTC) Bakı təmsilçisi Ufuq Turqanerin də qatıldığı mərasimdə rəsmi şəxsləri, millət vəkilləri, iş adamları və media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Erkan Özoral, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva, ATİB rəhbəri Cemal Yangın və TUİB başqanı Ali İhsan Genç iki qardaş ölkə arasındakı mövcud münasibətləri ətraflı dəyərləndiriblər. Onlar İslam dünyasında həmrəyliyi möhkəmləndirəcək addımların davamlı olmasının vacibliyini bildiriblər.

ATİB-in təşkil etdiyi İftar məclisi Türkiyənin Azəribaycandakı Səfirliyinin Din Hizmətləri Müşaviri prof. Dr. Kamil Günəşin duası ilə başlayıb.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600