!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avro-2020-də Bakıya gələcək komandalar müəyyənləşdi

!Reklam – Yazi

Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Buxarestdə keçirilən püşkatma mərasimindən sonra paytaxtımız Bakı və Romada keçiriləcək A qrupunun tərkibi müəyyənləşib.

Beləliklə, A qrupunda Türkiyə, İtaliya, Uels , İsveçrə yığmaları mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv