AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb.
Yenicag.az xəbər verir ki, 2020-ci il Avropanın çempionatının rəsmi topunun fotosunu “Footy Headlines” portalı dərc edib.
Topa “Uniforia” adı verilib.
“Uniforia” – yenilikdir. O, iki hissədən – unikallıqdan və eyforiyadan ibarətdir. Adın izahı sadədir – qarşıdakı qitə birinciliyi öz növündə yeganə olacaq. Məsələ burasındadır ki, Avropa çempionatı əvvəllər heç vaxt eyni vaxtda 12 ölkədə, 12 stadionda keçirilməyib.
Yenilik rəsmən 2019-cu ilin noyabrında ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının 4 matçı Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır./Report/
www.yenicag.az