AVRO-2024: Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlandı
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveç yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib.
Komanda sözügedən matçlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə səfərdə qarşılaşacaq.
| 1 | Səlahət Ağayev | Qəbələ |
| 2 | Emil Balayev | Səbail |
| 3 | Yusif İmanov | Sabah |
| 4 | Tellur Mütəllimov | Sabah |
| 5 | Azər Əliyev | Neftçi |
| 6 | Toral Bayramov | Qarabağ |
| 7 | Elvin Cəfərquliyev | Qarabağ |
| 8 | Bəhlul Mustafazadə | Qarabağ |
| 9 | Ceyhun Nuriyev | Sabah |
| 10 | Cəlal Hüseynov | Şamaxı |
| 11 | Höccət Haqqverdi | Neftçi |
| 12 | Anton Krivotsyuk | Tecon Xana (Cənubi Koreya) |
| 13 | Azər Salahlı | Neftçi |
| 14 | Bəxtiyar Həsənalızadə | Sabah |
| 15 | Riçard Almeyda | Qarabağ |
| 16 | Filip Ozobiç | Qarabağ |
| 17 | Elvin Camalov | Sabah |
| 18 | Eddi İsrafilov | Neftçi |
| 19 | Emin Mahmudov | Neftçi |
| 20 | Aleksey İsayev | Sabah |
| 21 | Ozan Can Kökçü | Eyndhoven (Niderland) |
| 22 | Ramil Şeydayev | Qarabağ |
| 23 | Musa Qurbanlı | Qarabağ |
| 24 | Namik Ələskərov | Sabah |
| 25 | Renat Dadaşov | Qrasshopper (İsveçrə) |
| 26 | Rüstəm Əhmədzadə | Zirə |
| 27 | Mahir Emreli | Konyaspor (Türkiyə) |












