Avro-2024-ün püşkü atıldı: Türkiyənin rəqibləri bilindi

media-hightechnic-468x90

Futbol üzrə 2024-cü Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə AVRO-2024-dəki altı qrupun tərkibi müəyyənləşib.

Püşkatmada 21 ölkənin millisi iştirak edib.

Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq.

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: A yolunda pley-off qalibi, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunda pley-off qalibi

F qrupu: Türkiyə, C yolunda pley-off qalibi, Portuqaliya, Çexiya

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05