Avropa, Asiyadan sonra daha bir qitə ilə birləşir - FOTO

media-hightechnic-468x90

Avropa Asiyadan sonra daha bir qitəyə qurudan bağlanır. Hürmüz boğazındakı böhranlara qarşı Qərbin ən böyük kozırı olan “Cəbəllütariq tuneli” layihəsi yenidən həyata keçirilir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, İspaniya və Mərakeşi su altından birləşdirəcək bu tarixi layihə qlobal ticarətin bütün marşrutlarını dəyişməyə hazırlaşır.

media-avrupa-asyadan-sonra-bir-kitaya-daha-baglaniyor-dunyanin-en-zorlu-projesinde-marmaray-1788519_202605051029_20260505102916_2

Texniki baxımdan dünyanın ən çətin layihələrindən biri hesab olunan tunelin inşasında Türkiyənin qüruru olan Marmaray layihəsinin memarlarına işarə edilib. Alman mühəndislik nəhənglərinin hesabatlarına görə, artıq mövcud texnologiya dəniz səviyyəsindən 475 metr aşağıda bu nəhəng dəmir yolu koridorunu açmağa imkan verir.

media-avrupa-asyadan-sonra-bir-kitaya-daha-baglaniyor-dunyanin-en-zorlu-projesinde-marmaray-1788519_202605051029_20260505102915_1

Yaxın Şərqdəki qeyri-stabillik və neft qiymətlərinin 200 dollara yüksəlmə riski bu layihəni Avropa üçün həyati əhəmiyyətli edib. Ümumi uzunluğu 42 kilometr olacaq xətt tamamlandıqda, Avropa və Afrika arasında yük və sərnişin daşınması cəmi 30 dəqiqə çəkəcək. Bu isə Madrid və Kasablanka arasındakı məsafənin 5,5 saata enməsi, eləcə də Afrika bazarlarının birbaşa Avropaya inteqrasiyası deməkdir.

2030-cu ildə keçiriləcək Dünya Çempionatına İspaniya və Mərakeşin ev sahibliyi etməsi layihə üçün ən böyük siyasi stimul hesab olunur. 20 milyard avroya başa gələcək bu “mühəndislik möcüzəsi”nin yaxın illərdə tamamlanması hədəflənir.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05