Avropa Birliyi Qaşıqçı cinayətini izində: Hadisəyə düzgün qiymət veriləcək

Strasburqda, Avropa Birliyi (AB) Şurasının sədri Donald Task, səudiyyə jurnalist Camal Qaşıqçının öldürülməsi barədə danışıb.

Yenicag.az xəbər verir ki, hadisəni “ağlasığmaz” bir hərəkət kimi qiymətləndirən sədr Avropa Parlamenti Baş Assambleyasına müraciət edib.

“Qaşıqçı hadisəsi böyük cinayətdir. Hətta riyakarlıqdır. Biz bu riakarlıqdan utanc hissi keçiririk. Söz azadlığından istifadə edən kimisə öldürmək yolverilməzdir. Mən sizin qətiyyətinizdən xəbərdaram və əminəm. Hesab edirəm ki, Avropanı, onun üzv dövlətlərini və təşkilatlarını qeyri-müəyyən bir oyuna alət etməyəcəksiniz. Hadisəni lazımınca dəyərləndirib uyğun addımlar atacaqsınız” – deyə sədr üzvlərə səslənib.

COP29