!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AB-dən "Facebook"a ZƏRBƏ - "Libra"ya qadağa qoyuldu

!Reklam – Yazi

AB-yə daxil olan ölkələrin maliyyə nazirləri “Facebook” kriptovalyutasının Avropa Birliyində istifadəsinin qadağan edilməsi üzrə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, onların fikirlərinə əsasən qanunvericilik hələ ki, “Facebook”un Libra kriptovalyutasına hazır deyil. Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirlərinin bu məsələ ilə bağlı görüşləri Brüsseldə keçirilib.

Avropa Birliyində istifadəsinə qadağanın qoyulması məsələsi təkcə “Libra”nı deyil həmçinin real valyutaya bitişik olan digər stablecoinləri də əhatə edib.

Avropa Birliyində yeni ödəniş alətlərinin yaradılmasının hansı riskləri daşıdığı sualı verilir və virtual vəsaitlərin Avropa Birliyində istifadəsi üçün qanunvericiliyin tərtib olunmasına start verilib. Buna baxmayaraq Avropa Birliyinin rəqəmsal vəsaitlərə münasibətini neqativ adlandırmaq olmaz. Belə ki, Avropa Birliyinin özü fərdi kriptovalyutasını hazırlayır.

Həmin kriptovlayuta fərdi şirkətlər tərəfindən təqdim edilən rəqəmsal vəsaitlərə alternativ variant olmalıdır. Qeyd etmək lazımdır ki, “Facebook! özünün Libra adlı kriptovalyutasını hələ bu ilin yay fəslində anons etmişdi. Layihə gələn ilin iyun ayında istifadəyə verilməlidir. İlkin mərhələdə həmin layihəyə 20 şirkət daxil olub. Lakin həmin şirkətlər sonradan layihədən çıxmağa başlayıb. Belə ki, oktyabr ayında sözügedən layihədən PayPal, Mastercard, eBay, Visa, Stripe və Mercado Pago kimi şirkətlər çıxıb.

COP29

www.yenicag.az

1982
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv