Avropa Birliyindən Türkiyəyə qarşı yeni təzyiq xətti: Aqil Ələsgərin “yunan” kartı ilə bağlı proqnozu düz çıxdı - VİDEO

media-hightechnic-468x90

Fransa və Almaniyanın son açıqlamaları Avropa Birliyinin Türkiyəyə qarşı yeni siyasi və hərbi təzyiq planı qurduğu ilə bağlı müzakirələri artırıb. Ekspertlər hesab edirlər ki, Egey dənizi, Aralıq dənizi və Şimali Kipr Türk Respublikası ətrafında baş verənlər artıq sadəcə regional problem deyil, daha böyük geosiyasi planın bir hissəsidir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Fransanın Yunanıstana açıq dəstəyi və Almaniyanın Türkiyəyə satılan silahlarla bağlı mesajı Ankaraya qarşı “örtülü təzyiq siyasəti” kimi qiymətləndirilir.

Fransa Prezidenti Emmanuel Makron Afinada etdiyi çıxışda: “Suverenliyinizə meydan oxunarsa, nə lazımdırsa edin, biz buradayıq”, – deyib. Bundan sonra Almaniyanın xarici işlər naziri Yohann Vadeful da Yunanıstana səfəri zamanı “Türkiyəyə satılan silahlar Yunanıstana qarşı istifadə edilməməlidir” açıqlamasını verib.

Mütəxəssislər bildirirlər ki, Türkiyə ilə Yunanıstan arasında illərdir davam edən ərazi suları, hava məkanı və adaların silahlandırılması ilə bağlı problemlər artıq təkcə iki ölkə arasındakı mübahisə deyil. Bu məsələlər NATO daxilində güc mübarizəsi, Avropanın təhlükəsizlik siyasəti və enerji layihələri ilə birlikdə qiymətləndirilir.

Analitiklərə görə, Fransa uzun müddətdir Yunanıstan və rum administrasiyası vasitəsilə Türkiyənin Şərqi Aralıq dənizindəki təsirini azaltmağa çalışır. İsrail, Yunanıstan və rum tərəfi ilə qurulan enerji və təhlükəsizlik əməkdaşlığının da Türkiyəni bölgədəki əsas layihələrdən uzaq saxlamağa hesablandığı bildirilir.

Beynəlxalq münasibətlər üzrə ekspert Hasan Köni bildirib ki, Fransa ilə Cənubi Kipr arasında keçirilən ortaq hərbi təlimlər Parisin bölgədə daha güclü olmaq istədiyini göstərir. Onun sözlərinə görə, bu addımlar həm Şimali Kipr Türk Respublikasına, həm də Türkiyənin Kiprdəki roluna qarşı təzyiq kimi qiymətləndirilir.

Ekspert əlavə edib ki, Fransanın Yunanıstana verdiyi “Rafale” qırıcıları və digər silah sistemləri Egey və Aralıq dənizində hərbi balansı dəyişir.

Strateji araşdırmaçı Umur Tuğay Yücel isə bildirib ki, Türkiyə NATO üçün çox vacib ölkə olsa da, Avropa Birliyi onu “nəzarətdə saxlanmalı tərəf” kimi görür.

Onun fikrincə, ABŞ-nin Cənubi Kiprə silah embarqosunu ləğv etməsi, Fransa ilə rum tərəfi arasındakı yaxınlaşma və İsrail-Yunanıstan əməkdaşlığı Şimali Kipr Türk Respublikasını kənarda qoyan yeni təhlükəsizlik xəritəsi yaradır.

Analitik Ahmet Uslu isə Almaniyanın açıqlamalarını Türkiyəyə qarşı “örtülü siyasi təzyiq” adlandırıb. O bildirib ki, gələcəkdə Avropa Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün siyasi şərtlər irəli sürə bilər.

Ekspertlərin fikrincə, Şərqi Aralıq dənizində qurulan yeni blok Türkiyənin bölgədəki təsir imkanlarını zəiflətməyə yönəlib.

Qeyd edək ki, ötən həftə Türkiyənin “Ülke” telekanalına müsahibə verən siyasi şərhçi, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Avropanın yenidən Türkiyəyə qarşı yunan kartına sarılacağının anonsunu vermişdi. Aqil Ələsgər Yunanıstan ilə Kiprin rum hissəsindən bu məsələdə istifadə olunacağı, önümüzdəki beş-altı ayda bu mövzunun sərtləşəcəyini vurğulamışdı. Görünən odur ki, Avropa Türkiyəyə qarşı yunan kartını artıq yenidən dövriyyəyə buraxıb.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05