Avropa çempionatının mükafat fondu açıqlandı

media-hightechnic-468x90

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu məlum olub.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, iştirakçı komandalara veriləcək məbləğ “Avro-2020” ilə eyni səviyyədə, yəni, ümumilikdə 331 milyon avro olaraq təsdiqlənib.

İştirak haqqı 9,25 milyon avro təşkil edir. Hər qələbəyə görə 1 milyon, heç-heçəyə görə 500 min avro ödəniləcək. 1/8 finala vəsiqə əldə edən yığmaların hər biri 1,5 milyon avro qazanacaq. Dörddəbir finala çıxan kollektivlər 2,5 milyon, yarımfinalın iştirakçıları 4 milyon avro alacaqlar.

Finalda uduzan komandaya 5 milyon, Avropa çempionuna isə 8 milyon avro mükafat veriləcək. Çempion komandanın hər üç qrup matçında qalib gələcəyi təqdirdə, əldə edə biləcəyi maksimum gəlir 28,25 milyon avro olacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05