!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa dövlətləri NATO öhdəlikləri üçün illik 102 milyard dollar xərcləməlidir

!Reklam – Yazi

Avropa NATO qarşısında ÜDM-in 2%-ni ayırmaq barədə sözünü tutmaq üçün öz büdcəsini 100 milyarddan çox artırmalıdır.

Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq strateji araşdırmalar institutunun (IISS) hesabatında deyilir.

Hesabata görə, NATO üzvləri 2024-cü ilə qədər öz müdafiə xərclərini 2% artırmalı olacaqlar. Lakin indidən həmin ölkələrin bir çoxunun bu tələbi yerinə yetirə bilməyəcəyi aydın görünür. Məhz bu səbəbdən ABŞ prezidenti Donald Tramp onları tənqid edir.

IISS-in məlumatlarında NATO-nun 27 ölkəsinin qarşıya qoyulan hədəfə çatmaq üçün 102 milyard dollara ehtiyacı olduğu göstərilib.

Sənədə əsasən, ABŞ-n hərbi xərcləri alyansın digər üzvlərinin bu sahədəki məsrəflərinin hamısından ən azı iki dəfə çoxdur. Belə ki, 2018-ci ildə rəsmi Vaşinqton müdafiə üçün 650 milyard dollar pul ayırdığı halda, NATO-nun avropalı üzvlərinin hamısının birlikdə hərbi büdcəsi 250 milyard dollara güclə çatır.

Ekspertlərin rəyinə görə, bunlardan Almaniya kimi böyük iqtisadi gücə malik olan dövlət belə, öz ümümdaxili məhsulunun 2%-i kimi böyük bir rəqəmi NATO-ya ayırmağa hazır deyil.

Analitiklər bunun üçün rəsmi Berlinin 2018-2024 aralığında hərbi məsrəflərini ən azı iki dəfə artırmalı olduğunu düşünürlər. Qeyd olunmalıdır ki, ABŞ 2017-2018-ci illərdə Pentaqona əlavə 45 milyard dollar pul ayırıb. Lakin ABŞ-ın təkcə elə həmin “əlavə”si belə, Almaniyanın hərbi büdcəsinin hamısına bərabərdir.

COP29

www.yenicag.az

1368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv