Avropa İttifaqı BMT ilə birgə Suriya üzrə konfrans keçirəcək – Yenicag.Az

Reklam

Reklam

Avropa İttifaqı BMT ilə birgə Suriya üzrə konfrans keçirmək niyyətindədir.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Biz BMT ilə Suriya münaqişəsinin siyasi yolla həlli üzərində birgə çalışırıq. Bu barədə Brüsseldə Avropa İttifaqına üzv olan ölkələrin XİN rəhbərləri ilə də söhbətlərimiz oldu. Mən nazirlərə BMT ilə birgə Suriyanın gələcəyi ilə bağlı konfrans təşkil etmək niyyətində olduğumu bildirdim”, deyə F.Moqerini qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İran arasında Suriya üzrə görüş keçiriləcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."