Avropa İttifaqına Türkiyə xəbərdarlığı: "Bu, ölümcül xəta ola bilər"

media-hightechnic-468x90

Avropa parlamenti Türkiyə Forumunun baş katibi Batella Aİ-Türkiyə danışıqları barədə açıqlama verib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş katib danışıqlara fasilə verilməsinin və ya tamamilə dayandırılmasının Aİ üçün “ölümcül xəta” olacağını söyləyib. Onun sözlərinə görə, Türkiyə və İttifaq arasındakı münasibətlər güclü köklərə malikdir. Buna görə də, danışıqların dayandırılması beynəlxalq müstəvidə nizamsızlığa gətirib çıxara bilər:

“Aİ danışıqlar prosesinin davamı üçün dürüst və inandırıcı bir yol təyin etməlidir. Üzvlük müzakirələrinin siyasiləşdirilməsi inkişafın əldə olunması baxımından ciddi manelər yaradır. Əslində təşkilatın genişləndirilməsi texniki prosesdir.”

Həmçinin, Batella bildirib ki, tərəflər arasındakı münasibətlər 2005-ci ildən sonra soyuqlaşmağa başlayıb. Lakin, hər iki tərəfin səyləri nəticəsində əlaqələr əvvəlki kimi yüksələn xətlə inkişaf edə bilər.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa