Avropa liderləri bazar ertəsi Parisdə keçirilən fövqəladə sammitdə qitənin müdafiə qabiliyyətini artırmaq üçün daha çox vəsait xərcləməyə razılaşıblar.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin görüş bütün problemlərin həllini təmin edə bilməyib. Ukraynada sülh sazişini dəstəkləmək üçün sülhməramlıların göndərilməsi ilə bağlı fikir ayrılığı davam edib.
Avropalı rəsmilər bəyan ediblər ki, Ukrayna üçün təhlükəsizlik zəmanəti verilə bilər. Lakin onlar vurğulayıblar ki, bu təminat ABŞ-nin göstərəcəyi dəstəkdən asılı olacaq.
Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi sammit ABŞ prezidenti Donald Trampın Avropalı müttəfiqləri və Ukraynanı danışıqlardan kənarlaşdıraraq Rusiya ilə birbaşa sülh danışıqlarına başlamasından sonra keçirilib.
Makron sammitdən əvvəl Trampla görüşüb. Ağ Ev rəsmiləri görüşün dostluq şəraitində keçdiyini bildiriblər. Ukrayna prezidenti Volodimir Zelenski də Makronla uzun telefon danışığı apardığını açıqlayıb.
www.yenicag.az