Avropa Liqası: "Qarabağ" Finlandiya klubuna qalib gəldi - YENİLƏNDİ

media-hightechnic-468x90

“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə “Qarabağ”ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Juninyo qoyub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək./Report/

***

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Yenicag.az xəbər verir ki, Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib – 1:0.

***

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Matçın baş hakimi israilli Roy Reinsreyberdir.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05