Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün Azərbaycandan göndərilən 7 ərizə üzrə qərarını elan edib.
Yenicag.az xəbər verir ki, Səbail rayon sakinlərinin ərizələr birləşdirilib və bir qərar çıxarılıb.
Qərarda bildirilib ki, Avropa Məhkəməsi 7 işdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.
Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi iıə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.
AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar verib.
Hökumət ərizəçilərə maddi zərərə görə ümumilikdə 43030 (7,930 avro, ərizəçi no.66249/16; 6,580, ərizəçi no.66271/16; 5,880, ərizəçi no.75978/16; 3,640, ərizəçi no.77309/16; 5,900, ərizəçi no.77691/16; 5,500, ərizəçi no.1038/17; 7,600, ərizəçi no.52821/17;), mənəvəvi zərərə görəsə hər birinə 3 000, ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir.
www.yenicag.az