!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa "yanır" - Tarixdə ən isti ay

!Reklam – Yazi

Avropa və Şimali Afrikanı yandıran istilər bəzi yerlərdə rekord həddə çata bilər.

Yenicag.az xəbər verir ki, İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün qırmızı təhlükə elan edilib

Burada temperaturun 48,8 dərəcəyə çata biləcəyi təxmin edilir.

Çərşənbə axşamı ölkənin şimalında 40 yaşlarında bir kişi istidən ölüb. İtaliya mətbuatı Lodi şəhərində piyada keçidi üçün asfalt çəkən şəxsin huşunu itirərək aparıldığı xəstəxanada dünyasını dəyişdiyini yazıb.

İtaliyalı siyasətçi Nikola Fratoianni vəziyyəti “Dözülməz isti dalğası ilə üz-üzəyik” şərhi ilə paylaşıb.

Lodidəki ölüm hadisəsinə toxunan Fratoianni qeyd edib ki, ən isti saatlarda baş verə biləcək faciələrin qarşısını almaq üçün hərəkətə keçməyin vaxtı çatıb.

Ölkədə turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar var.

Qeyd edək ki, Avropada ən yüksək temperatur İtaliyaya aid edilib.

Keçən il Avropada 60 min insanın anomal istilərin fəsadları səbəbindən öldüyü təxmin edilir.

Leypsiq Universitetindən mütəxəssis Karsten Hausteynin fikrincə, bu ay tarixdə ən isti ay kimi qeydə alına bilər:
“Tarixin ən isti ayı dedikdə, son 120.000 ilin ən isti ayı nəzərdə tutulur. Növbəti bir neçə gün ərzində Cənub Yarımkürəsində temperatur bir qədər aşağı düşəcək, lakin iyul və avqust aylarında daha isti günlər görəcəyimiz ehtimalı var”./bakupost/

COP29

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv