Yəmən qüvvələri öz hava limanını vurdu

media-hightechnic-468x90

Yəmən silahlı qüvvələri İran təyyarəsinin enişinin qarşısını almaq üçün Səna hava limanına zərbələr endirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə  Yəmən Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi bildirib ki, İranın dəstəklədiyi husilər Yəmən milli aviasiyasının Səna hava limanına enişini qadağan edib və İran təyyarələrinin Yəmən ərazisinə daxil olmasında israr ediblər. Nazirlik vurğulayıb ki, nəticədə hava limanının uçuş-enmə zolağı vurulub.

Hücumdan bir müddət əvvəl Yəmən Müdafiə Nazirliyi Səna hava limanının dərhal boşaldılmasını tələb etmiş və əhalini hava limanına yaxınlaşmamaq barədə xəbərdar etmişdi.

Nazirlik əlavə edib ki, ordu ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarəni ələ keçirməyə hazırdır və bu tədbirlərin milli suverenliyin qorunmasına yönəldiyini qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05