Avropanın TRIPP-ə artan MARAĞI: "Aİ ölkələri anlayır ki, bu marşrutun mövcudluğu..."

media-hightechnic-468x90

“Azərbaycan heç kimə qadağa qoymadan, sağlam rəqabətə hazır olan hər kəsə qapılarını açmağa hazırdır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, Avropa İttifaqının genişlənmə üzrə ali komissarı Marta Kosun “Avropa İttifaqı ABŞ, Azərbaycan və Türkiyə ilə “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsində mümkün iştirakı ilə bağlı danışıqlar aparır” bəyanatına münasibət bildirib.

Deputat qeyd edib ki, Avropa İttifaqı təmsilçisinin bu istiqamətdəki açıqlamaları göstərir ki, onlar da sözügedən marşrutun açılmasında maraqlıdır:

“Biz də çalışmalıyıq ki, prosesdə daha çox aktor iştirak etsin. Nəticədə isə gələcəkdə proseslərin daha da genişlənməsinə və iqtisadi əməkdaşlığın güclənməsinə səbəb olacaq. Artıq Avropa İttifaqında da anlayırlar ki, bu marşrutun mövcudluğu həm Avropanın “Böyük İpək Yolu”nun yenidən bərpası istiqamətində nəzərdə tutulan siyasətə uyğundur, həm də Çinlə Avropa arasında əlaqələrin və ticarət dövriyyəsinin genişlənməsinə imkan yaradacaq.

Bu, ciddi bir alternativ marşrutdur. Ona görə də Zəngəzur dəhlizinə olan maraq anlaşılandır. Onlar da bu prosesdə hər hansı formada ciddi iştirak barədə düşünürlər. Hesab edirəm ki, bu, normal bir istəkdir. Azərbaycan heç kimə qadağa qoymadan sağlam rəqabətə hazır olan hər kəsə qapılarını açmağa hazırdır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa