Türkiyədə içərisində azərbaycanlıların da olduğu miqrantlar saxlanılıb.
Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çorumda polis tərəfindən saxlanılan TIRda Avropaya qaçaq yolla keçmək istəyən təxminən 200 nəfər azərbaycanlı və əfqan qaçqınların olduğu üzə çıxıb. Polisin bir müddət təqib etdiyi iri tutumlu yük maşınının sürücüsü heç bir xəbərdarlığa məhəl qoymadan nəqliyyatı saxlamaqdan imtina edib. Daha sonra TIRı yol kənarında saxlayan sürücü qaçaraq aradan çıxıb.
Miqrantların təxminən 1000 dollar qarşılığında Bakıdan götürülərək, Türkiyəyə və oradan da Avropaya aparılmaq vədilə TIRa mindirildiyi iddia edilir. “Sərnişinlər” arasında sancısı olan hamilə qadın dərhal xəstəxanaya aparılıb.
Qaçan sürücünün axtarışı davam etdirilir. Faktla bağlı araşdırma başlayıb.
www.yenicag.az