Avstraliyanın şimal-şərqində baş verən geniş əhatəli meşə yanğınlarında ən az iki nəfər ölüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində daha 30-dan çox insan xəsarət alıb, 7 nəfər isə itkin düşüb.
Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidmətindən bildirilib ki, şənbə günü səhərədək bölgədə 81 meşə yanğınları qeydə alınıb, onlardan 43-nü lokallaşdırmaq mümkün olmayıb.
Yanğınlar nəticəsində ən azı 100 yaşayış evi və bir sıra sənaye və inzibati binalar, o cümlədən ümumtəhsil məktəbi dağılıb.
Yanğınların söndürülməsinə mindən çox yanğınsöndürən və 300-ə yaxın köməkçi heyət cəlb edilib.
Qitənin şimal-şərqində, Qvisland Yanğınsöndürmə İdarəsinin Brisbanın şimalında baş verən 50 meşə yanğını ilə mübarizə apardığı bölgədə vəziyyət ağır olaraq qalır. Regional polis serjantı Stiv Hallın verdiyi məlumata görə, Kuroib rayonunda yaşayan 2,5 mindən çox insan evlərini tərk edib. Onlar müvəqqəti təxliyə mərkəzlərinə göndərilib.
17 ştat üçün fövqəladə vəziyyət elan edilib.
www.yenicag.az