Dövlət başçısının yeni mətbuat katibi kimdir? - Foto

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni mətbuat katibi təyin edilib.

media-banner_tkm

Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib.

Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsə də, yeni təyinat olmamışdı.

Yenicag.az bildirir ki, Modern.az saytının əldə etdiyi məlumata görə, yeni mətbuat katibi Orxan Səttarov indiyə kimi Prezident Administrasiyasında çalışıb.

Belə ki, o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.

media-cdea414179a2cfb0964dd331cd454813_c9f0f895fb98ab9159f51fd0297e236d

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05