Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Avtobus dərəyə aşdı - Sürücü öldü, 23 yaralı - VİDEO/YENİLƏNDİ

Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, avtobus Lənkəran daxilində fəaliyyət göstərib:

“Qəzaya düşən avtobus müntəzəm sərnişin daşımırdı, sadəcə ayda bir, iki dəfə xəttə çıxırdı. Avtobus fəhlələri, ya da ona sifariş əsasında müraciət edən insanları daşıyırdı. Bizdən xəbərsiz və fəqlənmə nişanı olmadan işləyən sürücü hadisə səbəbindən dünyasını dəyişib”.

***

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.

Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndəriləcək.

Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

***

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, Bəleton kəndində qeydə alınan qəza zamanı sürücü – Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb.

Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.

***

Lənkəran rayonunun Bəleton kəndində sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2565