Avtobus piyadanın üstündən keçib – Video

media-hightechnic-468x90

11648ab6a3c3dcc59423c741102519dfBakıda sərnişin avtobusu qəza törədib.

Nərimanov Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 82 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı, 10-TG-011 dövlət nömrə nişanlı sərnişin avtobusu şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlarında kişini vuraraq öldürüb.

Hadisə yerinə cəlb olunan xilasedicilər piyadanın cəsədini avtobusun altından çıxarıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa