!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus qəzaya düşdü: Yaralılar var - Foto

!Reklam – Yazi

Tovuz rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

Yenicag.az-ın məlumatına görə, Ağstafa rayonunun Qırılı kənd sakini, 21 yaşlı Elşən Abbasovun idarə etdiyi “Ford” markalı mikroavtobus şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Hadisə nəticəsində sürücü E.Abbasov və mikroavtobusda olan sərnişin Tovuz rayonunun Bozalqanlı kənd sakini, 17 yaşlı Aydan Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücüyə ambulator yardım göstərilib A.Mirzəyeva isə xəstəxanaya aparılıb.

Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb. Hadisə yerinə gələn, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hadisə yerinə baxış keçirməsindən sonra qəzaya düşən avtomobil yoldan çıxarılıb. Budan sonra avtomobillərin hərəkəti bərpa edilib./Report/

www.yenicag.az

1808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv