Avtobus təhlükəli vəziyyət yaratdı

media-hightechnic-468x90

74731Bu gün səhər saatlarında Bakının Əmircan qəsəbəsində sərnişin avtobusu böyük faciəyə səbəb olacaqdı.

Verilən məlumata görə, Əmircan qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusu dəmir yolu xəttindən keçərkən yol hərəkəti qaydasını kobud şəkildə pozub.

Belə ki, dəmir yolunda avtomobilləin dayanması üçün nəzərdə tutulan şlaqbaum endirilən zaman avtobus sürücüsü buna əhəmiyyət verməyib. Avtobus qatarın gəldiyi zaman dayanmadan dəmir yolunu keçib.

Xoşbəxlikdən avtobus dəmir yolunda şlaqbauma ilişməyib. Bu da qəzasız ötüşüb.

Xatırladaq ki, 2012-ci ilin avqustun 31-də Lökbatan qəsəbəsində 124 saylı sərnişin avtobusu Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı ilə toqquşmuşdu. Qəza sırf avtobus sürücüsünün günahı ucbatında baş vermişdiş. Avtobus sürücüsü qatarın gəldiyini görsə də, avtobusu saxlamamışdı. Rəsmi məlumatlara görə, qəza nəticəsində 6 nəfər ölmüş, 54 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600