Avtobusla yük maşını toqquşdu: 10 ölü

Misirdə avtobus yük maşını ilə toqquşub.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 10 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Hadisə Port-Səid şəhəri yaxınlığında baş verib.

Bildirilir ki, avtobusda toxuculuq fabrikinin əməkdaşları olub. İlkin məlumata görə, qəzaya səbəb hər iki sürücünün sürət həddini aşması olub.

Misirdəki mövcud yol infrastrukturu bu ölkədə tez-tez qəzaların baş verməsinə səbəb olur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Misirdə yol-nəqliyyat qəzaları nəticəsində hər il 12 minə yaxın insan həlak olur.

COP29