Avtomobil həvəskarlarına xoş xəbər-Video
Ölkəyə elektromobillərin gətirilməsi zamanı gömrük rüsumlarının və əlavə dəyər vergisinin hesablanması ilə bağlı müəyyən güzəştlər tətbiq oluna bilər.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə məlumat verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hazırda elektromobillrin gətirilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib.
Ölkənin ticarət dövriyyəsində ektromobillrin yeni bir nəqliyyat növü olduğunu və ekologiyanın yaxşılaşdırılmasına xidmət etdiyini qeyd edən komitə sədri gömrük rüsumunun müəyyən olunması zamanı güzəştlərin ola biləcəyini istisna etməyib.
O, bu güzəştlərin hökumət tərəfindən müəyyən olunduğunu deyib. Çünki bu, mövcud qanunvericilik çərçivəsində tənzimlənəcək. Aydın Əliyev qeyd edib ki, zərurət olsa, başqa sahələrdən büdcə proqnozu istifadə edilsə, güzəştlərin tərəfdarı olacaqlar.