Avtomobildən iki meyit tapıldı
Dəm qazı iki nəfərin həyatına son qoyub.
Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Gəncə prospekti 2 ünvanında yerləşən qarajda qeydə alınıb.
Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlu və 1972-ci il təvəllüdlü Məmmədova Esmira Arif qızının meyiti “Mercedes” markalı avtomobildə tapılıb.
İlkin ehtimala görə, hər iki şəxs dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır(apa).