Dünən İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi münasibətilə iftar süfrəsi açılıb.
Yenicag.az xəbər verir ki, iftar süfrəsi Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tərəfindən türkiyəli və azərbaycanlı iş adamları ilə azərbaycanlı tələbələr üçün təşkil edilib. 500-ə yaxın insanın iştirak etdiyi iftar yeməyi İstanbulun mərkəzi bölgələrindən Leventdə lüks restoranların birində baş tutub. Həmçinin, Türkiyənin tanınmış ictimai xadimləri, azərbaycanlı və türkiyəli sənətçilər də iftar süfrəsinin arxasına toplaşıb.
İftar zamanı azərbaycanlı tələbələr üçün isti bir atmosfer yaradılıb. Mübariz Mənsimov onlarla yaxından maraqlanıb və onların problemlərini dinləyib. İş adamı tələbələrə necə kömək edə biləcəyini, onların ehtiyaclarını şəxsən öyrənib və gənclərin həyata keçirmək istədiyi layihələrə əlindən gələn dəstəyi verəcəyini açıqlayıb.
Qeyd edək ki, həmin iftar süfrəsində Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər də Azərbaycan media mənsubları ilə birgə iştirak edib.
www.yenicag.az