AXCP parlament seçkilərinə qatılmayacaq-Milli Məclis-2015

media-hightechnic-468x90

708367_37179Bəybala Əbil: “100-ə yaxın dairədə namizədimiz olacaq”

Nürəddin Məmmədli: “Seçkilərdə iştirakın mənasının olmadığını düşünürəm”

Elman Fəttah: “Hazırda təxminən 60-a yaxın üzvümüz var ki, müxtəlif seçki dairələrindən namizədliklərini irəli sürüb”

Qarşıdan parlament seçkiləri gəlir. Bu isə prosesdə iştirak edəcək partiyaların aktivləşməsi deməkdir. Bu dövrdə partiyalar tədricən fəaliyyətlərini bu istiqamətə, namizədlərin müəyyənləşdirilməsinə yönəldirlər. Görəsən, aparıcı partiyalarda namizədlərin siyahısı hazırdırmı?

KXCP Ali Məclisinin sədri Bəybala Əbil Yenicag.az-a açıqlamasında hazırda seçki siyahısı üzərində iş getdiyini bildirdi: “Hələlik isə bu barədə qəti qərarımız yoxdur. Nə qədər namizədin bu günə qədər müəyənləşdiyini konkret deməyə çətinlik çəkirəm, amma xeyli namizədimiz müəyyənləşib. Ötən seçkilərdə 80-ə yaxın namizədlə iştirak etmişdik. Bu dəfə hardasa 100-ə yaxın dairədə namizədimiz olacaq. Bu istiqamətdə rayon şöbələri ilə iş gedir”.

AXCP sədrinin müavini Nürəddin Məmmədli isə qeyd etdi ki, ola bilsin AXCP seçkilərdə iştirak etməsin: “Hələlik seçki məsələsi müzakirə obyekti deyil. Nə Milli Şura, nə də AXCP çərçivəsində bu məsələlərlə bağlı heç bir müzakirə aparılmır. Ölkədə seçki şəraiti yoxdur. Qanunlar kifayət qədər mürtəcedir. Seçki komissiyaları hakimiyyətin monopoliyası altındadır. Belə şəraitdə seçkilərə hər hansı hazırlıqdan söhbət gedə bilməz. Bu dəqiqə bütün diqqət iki məsələyə, seçki qanunvericiliyinin demokratikləşməsi və seçki komissiyalarının patitet prinsipi əsasında formalaşmasına istiqamətlənməlidir. Bunlar olmayacaqsa, onda seçkilərdə iştirakın mənasının olmadığını düşünürəm. Hələlik bu istiqamətdə müzakirə yoxdur. Ona görə də hər hansı bir fikir söyləmək mümkün deyil”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah hələlik 60-a yaxın namizədi müəyyənləşdiriblər: “Hazırda təxminən 60-a yaxın üzvümüz var ki, müxtəlif seçki dairələrindən namizədliklərini irəli sürüb. Proses davam edir. 125 seçki dairəsi üzrə  Müsavat Partiyasının namizədləri müəyyənləşəcək və avqust ayında təsdiq üçün Məclisin sesiyasına çıxarılacaq. Müsavat partiyasından namizədi olmaq təşəbbüsü ilə çıxış etsələr, partiya üzvü olmayan şəxslərin də namizədlərimiz arasında olması mümkündür”

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600