Axtarışda olan Qusar sakini Bakıda oğurluq edərkən yaxalandı

media-hightechnic-468x90

Axtarışda olan şəxs Bakıda oğurluq edərkən yaxalanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus “Minsk” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa