Ayaz Qasımovdan gündəmi bir-birinə VURACAQ SÖZLƏR: “Kişi qadın kimi bəzəndisə, deməli…”

Bu gün şou-biznesdə qaşını alan, üzünü botoks etdirən, saçını boyayan müğənnilərin sayı gün-gündən çoxalmaqdadır. Bəzi sənətçilər buna normal yanaşsa da, bəziləri kəskin tənqid atəşinə tutur.

Yeniçağ.az-a açıqlama verən müğənni Ayaz Qasımov başqalarınnı işinə müdaxilə etmədiyini deyib:

“Ümumiyyətlə, özüm etmədiyim işlərə yaxşı baxmıram. Təbii ki, hər kəsin öz işidir, müdaxilə etməyi xoşlamıram. Mənim də saçlarıma artıq dən düşüb, amma boyamaq fikrində deyiləm. Yaş artdıqca təbii ki, saçımız da ağaracaq. Kişi hər səhər güzgüyə baxanda görməlidir ki, hansı sifətdədir. Bəzi adamlar buna görə özlərinə haqq da qazandırırlar. Bu günlərdə bir verilişdə idim, dedilər ki, tarixən kişilər kosmetik vasitələrdən istifadə edib, qadınlar yox. Mən məəttəl qaldım ki, bu, necə tarixdir? Mən kiməsə nəsə irad da bildirə bilərəm, amma nə işimə qalıb?! Hesab edirəm ki, kişi səliqə-səhmanına, təmizliyinə fikir verməlidir. Kişi qadın kimi bəzəndisə, deməli, iş-işdən keçib”.
Cəvahir Səlimqızı

Yeniçağ.az