Ayaz Salayevdən doğum günündə ETİRAF: “Ölümdən qorxuram, bir də…”

media-hightechnic-468x90

Bu gün tanınmış rejissor, peşəkar kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayevin doğum günüdür.

media-banner_tuq

Rejissor təəssüratlarını Yenicag.az-la bölüşüb:

– Yaşın artması həm də rəqəmlərin artması deməkdir. Rəqəmlərin sizin üçün əhəmiyyəti varmı?

– Rəqəmlərin hamı üçün fərqi var, o cümlədən də mənim üçün. Nə qədər az olsa, o qədər yaxşıdır.

– Yaşın artması sizi narahat edir?

– Hələ ki, bu, məni narahat etmir, amma vaxt gələcək, təbii ki, narahat edəcək. Yəni qocalıq və ölümdən qorxmayan adam varmı? Məncə yoxdur. Mən də qorxuram.

– Bu yaşınıza qədər Allahdan aldığınız ən böyük hədiyyəniz nə olub?

– Bəli, bu, həyatın özüdür. Həyat özü bir möcüzədir. Mən həyatı doya-doya yaşayıram və onun qədrini də bilirəm.

– Ömrünüzü rənglərlə müqayisə etsəz, həyatınızda əlvan rənglər üstünlük təşkil edib, yoxsa, boz, qara?

– Əlvan rənglər. Çox maraqlı bir həyat yaşayıram. Tarix baxımından da… Ömrümün yarısı SSRİ-də başqa bir mühitdə keçib, tam yarısı başqa mühitdə. Dünyanı gəzib görmüşəm. Hər cəhətdən çox maraqlı, rəngarəng bir həyat yaşamışam və yaşamağa davam edirəm.

– Doğum gününüzdə Allahdan özünüzə nə arzulayırsınız?

– Allahdan yaxın adamlarıma və özümə yalnız can sağlığı arzulayıram. Çünki qalan nə varsa, öz əlimdədir.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05