Ayda 217 manat ödəməklə ev almaq olur
Türkiyənin Başbakanlık Toplu Konut İdaresi Başkanlığı (TOKİ) paytaxt Ankarada 10 min lirəyə (3520 manat) ev satışına başlayıb.
TOKİ-dən verilən açıqlamaya görə, evlərin belə aşağı qiymətlə satışa çıxarılmasının səbəbi gəliri az olan vətəndaşların evlə təmin olunmasıdır. Onlar 338 evi, ilkin ödəniş 10 min lirə olmaqla insanlara təqdim edəcəklər: “Evlər 10 000 lirə ilkin ödənişlə satılacaq. Belə ki, insanlar ayda 619 lirə (217 manat) ödəməklə 99 000 lirəlik (34853 manat) evlərə sahib ola biləcək. Kreditlər 120 aya qədər davam edəcək. 99 kvadrat metr sahəyə malik olan evlərin sayı 158, 124 kvadrat metr sahəyə malik olan evlərin sayı 180 olacaq. Bu evlər 99 min lirə və 125 min 937 lirə (44 337 manat) qiymətində olacaq”.
TOKİ-dən verilən açıqlamaya görə, ev almaq üçün müraciət edən insanlar bir neçə qrupa bölünəcəklər. Bunlar şəhid ailələri, əlillər, onların dul həyat yoldaşları və uşaqları, İstiqlal Savaşı qaziləri, Kore qaziləri, Kipr və vətənə xidmət qaziləri, ən az 40 faiz əlil olan vətəndaşlar və digər namizədlər olacaqlar.(bizimyol)