Aydın Mirzəzadə ölkə başçısını təbrik etdi
Prezident İlham Əliyevi ad günü münasibətilə millət vəkili Aydın Mirzəzadə də təbrik edib.
Məktubda millət vəkili bildirib:
“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevin ad günüdür.
Bu münasibətlə onu təbrik edir, ona uzun ömür və cansağlığı arzu edirik.
Cənab prezident bütün həyatı ilə xalqına sədaqətlə xidmətin nümunəsi olubdur. Apardığı siyasət Azərbaycana nüfuz gətirib və onun qüdrətini yüksəldib. Hər bir Azərbaycan vətəndaşı bu gün onunla fəxr edir və ona həmişə dəstəkdir.
İnanırıq ki, cənab İlham Əliyevin apardığı siyasət bundan sonra da dövlətimizin inkişafına kömək olacaqdır.
Ad gününz mübarək, cənab Prezident”(hafta.az).