!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Az danışıb, çox iş görmək” - Deputat Ülvi Quliyev Yasamala “yola davam” deyir

!Reklam – Yazi

9 fevral parlament seçkilərinin bir mühüm fərqi o oldu ki, builki seçkilərə böyük maraq var, xüsusən də Bakıda.

Paytaxtda ən qələbəlik dairələrdən biri 15 saylı Yasamal birinci seçki dairəsidir. Bu dairədə 24 nəfərin namizədliyi qeydə alınıb, onlardan ikisi partiya sədri, biri funksionerdir.

Ancaq 15 saylı dairənin favoriti bu dairədən 5-ci çağırış Milli Məclisin deputatı seçilmiş bitərəf millət vəkili Ülvi Quliyevdir. Artıq kampaniyanın beş günü arxada qalıb. Ötən gün şəxsi sosial şəbəkə hesabında seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı paylaşım edən Ü.Quliyev seçicilərinin könüllü kimi təbliğat-təşviqat prosesində iştirak edərək ona dəstək verdiklərini bildirib.

Quliyev Ülvi Zahid oğlu 1966-cı il sentyabrın 17-də Bakı şəhərində tanınmış elm xadimi, professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri, Nəsimi rayonundakı 9 saylı orta məktəbi bitirib. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsində, 1998-2002-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Ülvi Quliyev əmək faəliyyətinə 1988-ci ildən əczaçılıq sahəsində başlayıb. 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini (Gömrük xidməti, polkovnik-leytenantı) vəzifələrində çalışıb.

İdmançıdır, Azərbaycanda karate idman növünün inkişafında böyük xidmətləri var. 12 yaşından karate idman növü ilə məşğul olan Ülvi Quliyev 7-ci dan qara kəmər sahibidir. Karate üzrə Avropa və dünya çempionu, Əməkdar məşqçi, Əməkdar idman ustasıdır. Prezidentin 2008-ci il 5 mart tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

1992-ci ildə Azərbaycan Karate-do Federasiyasının prezidenti, 1997-ci ildən bu günə qədər isə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Azərbaycanı xaricdə təmsil edən idmançıların formalaşmasında Ülvi Quliyevin böyük xidmətləri olub.

Ülvi Quliyev 2005-ci ildən Azərbaycan parlamentinin üzvüdür, qanunverici orqanda artıq böyük təcrübəyə malikdir. İlk dəfə 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən deputat seçilən Ü.Quliyev 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-ci ildə isə 15 saylı Yasamal 1-ci seçki dairəsindən millət vəkili seçilib.

Daha əvvəl 10 il Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan Ü.Quliyev 2015-ci ildən etibarən Gənclər və İdman Komitəsində əvvəlcə sədr müavini, 2018-ci ildən etibarən isə sədr vəzifəsini tutub.

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, həmçinin, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Ülvi Quliyev parlamentin fəal, ancaq az danışıb çox iş görən üzvlərindəndir. Həm qanunvericlik təşəbbüsləri, həm xarici əlaqələr, həm də idman və gənclər siyasətinin qurulmasında yaxından iştirak edir. Ən əsası isə seçiciləri ilə təmasdadır, onları seçki dövründə deyil, hər zaman dinləyir, problemlərini həll etməyə çalışır.

2015-ci ildə parlament seçkiləri kampaniyasında Ü.Quliyev seçicilərə müraciətində bunu belə əsaslandırıb. Sitat: “Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi əməlimlə göstərmişəm. Verdiyim sözə sadiq qalmışam. Bizim prinsipimiz az danışıb çox iş görməkdir. Bu günə qədər hər zaman qapımız bütün seçicilərin üzünə açıq olub.

Təbii ki, sizin müraciət etdiyiniz bütün məsələlər deputatın səlahiyyətinə aid olmur. Deputat başlıca olaraq qanun yaradıcılığı ilə məşğul olur. Bundan başqa, ayrı-ayrı ölkələrlə parlamentlərarasə əlaqələrin qurulması, xalqlar, millətlər arasında münasibətlərin istiləşməsi, Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması bizim işimizdir.

Və seçicilərlə mütəmadi işləmək, onların qaldırdıqları məsələləri müvafiq qurumlara çatdırmaq. səlahiyyətimiz çərçivəsində həll etmək borcumuzdur. Mən bu günə qədər belə işləmişəm və etimad göstərəcəyiniz təqdirdə fəaliyyətimi bu şəkildə davam etdirəcəm”.

COP29

www.yenicag.az

1364
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv