Nə qədər ki, bu barədə reklam fasilələrində danışıb, canlı yayımda susurlar, bu vəziyyət düzəlməyəcək.
Yenicag.az xəbər verir ki, bu sözləri Azər Axşam verilişində deyib.
O, tanınmış söz sahiblərinin danışmalı olduğu halda, baş verənlərə münasibət bildirməməsindən gileylənib:
“Söz sahibi olan sənətkarları günahkar sayıram ki, axı biz niyə susuruq? Niyə bu mübarizəni aparmırıq, heç kim öz yerini pis etmək istəmir? Verilişlərin birində bir qonağımız vardı, sayılıb-seçilən bir insan idi. Reklam fasiləsində söhbətləşdik. Narazılıq etdi ki, o şairləri, müğənniləri, elə insanları efirə çıxarmaq olmaz. Tənqid etdi, axırda dedi ki, inanıram, bu vəziyyət nə vaxtsa düzələcək. Dedim, vallah, müəllim, mən inanmıram, mənə elə gəlir ki, düzəlməyəcək. Nə qədər ki, bu barədə reklam fasilələrində danışıb, canlı yayımda susuruq, bu vəziyyət düzəlməyəcək”.
Cəvahir
www.yenicag.az