!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycam-Türkiyə iqtisadi-ticari əlaqələrinə dair hesabat açıqlanıb

!Reklam – Yazi

“Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir”.

Yenicag.az xəbər verir ki, bunu “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni üfüqləri” adlı tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, investisiyaların böyük hissəsi neft-qaz və neft emalı sahəsinə yerləşdirilib.

“Hər il iki ölkə arasında iqtisadi və ticarət əlaqələrində  münasibətlər genişlənir  və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir” – deyə Nazir müavini qeyd edib.

Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir.

COP29

www.yenicag.az

2837
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv