Azərbaycan ATƏT-lə Memorandum imzaladı

media-hightechnic-468x90

25561411627048250914Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cu ilin 24 sentyabr tarixində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu” imzalanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600