Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirildi
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
Yenicag.az-ın məlumatına görə, günün ikinci matçında “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 98:87.
Günün ilk görüşündə isə “Şəki” “Quba”nı (101:89 ) üstələyib.
Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.













