Azərbaycan çempionatı: "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Görüşü Tural Qurbanov idarə edəcək. “Köhlən atlar” 29 xalla liderdir. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05