Azərbaycan Çexiyaya başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bununla bağlı XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN-dən bildirilib.

Qeyd edək ki, Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600