Azərbaycan cüdoçusu finala yüksəldi

media-hightechnic-468x90

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının son günündə finala vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Matvey Kanikovskiyə qalib gəlib.

Z.Kotsoyev həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşacaq.

Millimizin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.

Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində hələlik yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600