!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan D-8 FORMATINDA: “Yeni dünya nizamının qurulmasının başlanğıc mərhələsindəyik”

!Reklam – Yazi

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verərək Azərbaycanı maraqlandıran bir çox məsələlərə aydınlıq gətirib, bir daha dünyanın diqqətini Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanın üzərinə çəkib. Ölkə rəhbəri sözügedən müsahibəsində qeyd edib ki, Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.

30 il bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlət başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən deputat Elman Nəsirov qeyd edib ki, Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ölkəmizin dünyada nüfuzunun əyani göstəricisidir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 7-də yerli televiziya kanallarına istər ölkə həyatının mühüm məsələlərinə, strateji əhəmiyyətli sahələrinə qiymət verərək bir çox məsələlərlə bağlı öz mövqeyini açıqladı. Bunlardan biri də yeni dünya nizamı və bu konteksdə yaranacaq reallıqlarla bağlı idi. Cənab prezident xüsusi vurğuladı ki, yeni dünya nizamının qurulmasının başlanğıc mərhələsindəyik. O cümlədən qeyd etdi ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına 30 ildən sonra məhz ilk dəfə Azərbaycan dövlətinin qəbul edilərək təşkilat sıralarının genişləndirilməsinin Azərbaycanın hesabına reallaşması ölkəmizə olan böyük diqqətin, ölkəmizin potensialına beynəlxalq aləmdə və müsəlman dünyasında oynadığı rola verilən yüksək qiymətdir. Eyni zamanda, qeyd etdi ki, D-8 çox böyük iqtisadi potensiala malikdir. Təsadüfi deyil ki, müsəlman ölkələrinin iqtisadiyyatının və əhalisinin 60%-i məhz bu təşkilatın payına düşür”.

Elman Nəsirov Azərbaycanın üzvlüyə qəbul olunmasında Türkiyənin rolundan da bəhs edib:

“Cənab prezidentin də qeyd etdiyi kimi, bu prosesdə Türkiyənin dəstəyi xüsusi vurğulanmalıdır. Türkiyə dövləti Azərbaycanın təşkilata qəbul edilməsinə böyük dəstək verib. Eyni zamanda, vurğulandı ki, 2017-ci il dekabrın 20-də Azərbaycanın təşkilatın İstanbulda keçirilən zirvə görüşündə Türkiyənin dəvəti ilə qonaq qismində iştirakı təmin edilmişdir. Bu bir daha onu göstərir ki, D-8 çox böyük potensiala malikdir və biz bu təşkilatın daxilində onun potensialından istifadə etməklə qarşılıqlı şəkildə güclənirik, zənginləşirik, dəyərlərimizi də möhkəmləndiririk.”

Deputat Vüqar İsgəndərov isə Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə öz fikirlərini ifadə edərək Azərbaycanın təşkilata verəcəyi töhfələrdən danışıb:

“Cənab prezidentin çıxışında D-8 təşkilatına üzvlüyümüzlə bağlı çox maraqlı fikirlər bildirdi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələdə xüsusi yanaşmasını və rol oynamasını qeyd etdi. Təbii olaraq, D-8 təşkilatının 20 yaşı var, bu təşkilat, əslində, çox maraqlı özündə ideyaları ehtiva edir. Şüarında “Müharibə yox, sülh”, “Qarşıdurma yox, ədalət” və digər bəşəri, humanitar dəyərləri əks etdirir. Üzvlərinin sayı isə 1 milyarda yaxın əhalini, böyük ticarət dövriyyəsini əhatə edir.

“Təşkilatda istər əhali sayına və ticarət dövriyyəsinə görə kifayət qədər nüfuzlu ölkələr var. Azərbaycanın da bu təşkilata gəlməklə nüfuzunun artırılması, iqtisadi imkanların daha da genişləndirilməsi və qarşılıqlı olaraq Azərbaycanın bu təşkilata verəcəyi töhfələr də kifayət qədərdir. Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi ilə bir çox dünya dövlətlərini özünə cəlb etməkdədir. Digər yandan Azərbaycanın inkişaf edən iqtisadiyyatı, təbii resursları, Qoşulmama Hərəkatındakı ölkə başçımızın liderlik keyfiyyətləri, nüfuz sahibi olması, dövlətimizin sürətlə inkişaf etməsi və digər sadalamadığımız müsbət məqamlar Azərbaycanın bu təşkilata üzv olması ilə təşkilatın daha da güclənəcəyinə işarədir. Ümumiyyətlə, ölkə rəhbəri bu təşkilatla bağlı bütün mühüm məsələləri geniş auditoriyaya açıqladı. Sözün əsl mənasında, hazırda sürətlə dəyişən dünyada ikitərəfli və çoxtərəfli birliklər, əsasən, iqtisadi sahədən baxsaq, potensialı olan ölkələrin birlikdə olması, onların gələcək inkişafında rol oynaya bilər. Düşünürük ki, Azərbaycanın da bu təşkilata üzv olması həm Azərbaycana, həm də təşkilata yeni rəng qatacaq.”

Nurlan Cəfərli

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv