Azərbaycan diasporunun keçmiş rəhbəri güllələnib

media-hightechnic-468x90

5eabd8e9ab57c67bbeba5d2b0d5a6138Onun meyiti öz maşınında tapılıb

Ukraynanın Luqansk şəhərinin Şevçenko kvartalında Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavinin meyiti tapılıb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında bildirib ki, əslən Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında rayon mərkəzindəki marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb.

O, avtomatdan açılmış atəş nəticəsində ölüb. Meyitin üzərində çoxsaylı güllə yaraları aşkar edilib. Hazırda separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan şəhərdə onun kiminləsə intriqasının, probleminin olmadığı bildirilir.

Hazırda Y. Nəsibovon meyitinin Azərbaycana gətirilib doğulduğu rayonda dəfn olunması üçün tədbirlər görülür(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa