!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan efirində “AĞ ƏLCƏK ATIŞLARI”: “Əgər bu hal kimdəsə qıcıq yaradırsa...” - Tanınmış teleaparıcı

!Reklam – Yazi

“Hər aparıcının auditoriyasına baxmaq kifayətdir ki, onun hansı mərtəbədə və hansı statusda olduğu görünsün”.

Bu fikirləri həmkarları arasında rəqabətin təbii olduğunu vurğulayan tanınmış teleaparıcı Saleh Bağırov Yenicag.az-a açıqlamasında deyib.

O, aparıcılar arasında rəqabətin olmasını normal qarşıladığını bildirib:

“Əlbəttə ki, rəqabət var, olmalıdır və bu, normaldır. Əslində, rəqabətin olmaması gülüncdür. Çünki istənilən sahədə rəqabət var. Söhbət yaradıcılıqdan gedirsə, burada rəqabət iki dəfə artıq olmalıdır.

Əgər bu hal kimdəsə qıcıq yaradırsa, kimsə buna qeyri-adekvat münasibət göstərirsə, bunu da normal qəbul edirəm. Hər kəs öndə olmaq, seçilmək istəyir. Bu arzu da təbii ki normal qarşılanmalıdır.

O ki qaldı bu rəqabətin işimizə təsir göstərməsinə, hər bir aparıcının öz auditoriyası var. Həmin auditoriyaya baxmaq kifayətdir ki, konkret aparıcının hansı mərtəbədə və hansı statusda olduğu görünsün. Bu da “iki vur iki”dir.

İnsanlar, zövqlər və seçimlər müxtəlifdir. Hamı azaddır. Təbii, bir aparıcı hamının xoşuna gələ və ya gəlməyə bilməz. Buna görə də hər aparıcının öz auditoriyası olduğu kimi hər tamaşaçının da sevdiyi aparıcı var. Bunlar arasında sanki ruh bağlılığı yaranır.

Bu nöqteyi-nəzərdən, hər bir aparıcının auditoriyası onun özünün əksidir. Eyni zamanda, hər bir auditoriya da öz aparıcısının əksidir. Yəni mən bunu belə qəbul edirəm. Allahıma da minnətdaram ki, auditoriyam ziyalı, sözə, sənətə dəyər verən insanlardır.

Onların əksəriyyəti yaşlı və orta təbəqənin nümayəndələridir. Sözsüz ki aralarında gənc nəsil də var. Bu, məni çox sevindirir. Şadam ki, fəaliyyətim boyunca məhz belə bir auditoriyaya sahiblənə və rəğbətini qazana bilmişəm”.

Cəvahir

COP29

www.yenicag.az

2029
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv