2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.
Yenicag.az-ın məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952,0 milyon manatlıq vəsait qalıb.